«AZƏRSU» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

logo



«Azərsu» ASC-nin yaranma tarixi

Bakı şəhəri icməli su ilə XX-ci əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsi ilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı.

Lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan «Kommunsənayesutəchizatı» İstehsalat Birliyi və «AzSuGEO» Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır.

Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq «Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi» üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi.

İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında» 11 iyun 2004-cü il tarixli Sərəncamı dövlət başçısının bu sahəyə olan böyük qayğı və diqqətinin təzahürü olaraq islahatların aparılması və idarəetmə strukturunun təkmilləşdirlməsi istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinə geniş şərait yaratdı.

Həmin Sərəncama müvafiq olaraq aparılan islahatlar və təkmilləşdirmələr çərçivəsində Abşeron Regional Səhmdar Su cəmiyyəti «Azərsu» Səhmdar Cəmiyyətinə çevrilmiş, Bakı şəhər İcra Hakimiyyətinin «Bakıkanalizasiya» İstehsalat Birliyinin və Dövlət Tikinti və Arxitektura Komitəsinin ləğv edilmiş «Azərsukanaltəmir» və «Azərkəndsutəchizat» İstehsalat Birliklərinin respublikanın şəhər və rayonlarındakı müəssisə və təşkilatları onun tabeliyinə verilmişdir.

Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Regionlarda su təchizatı və kanalizasiya xidməti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları nəticəsində «Birləşmiş Sukanal» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, Sumqayıt, Gəncə, Şəki, Göyçay və Ağdaş şəhər və rayon su-kanalizasiya müəssisələri Törəmə Səhmdar Cəmiyyətlərinə çevrilmişdir. Respublikanın eyni rayon və ya şəhərlərində paralel fəaliyyət göstərən su təchizatı və kanalizasiya xidməti müəssisələri birləşdirilərək mobil təşkilatlara çevrilmiş, digər struktur təkmilləşdirmələri aparılmışdır.

Su təchizatında sabitliyin təmin olunması, yaşayış məntəqələrində suya olan tələbatın ödənilməsi, istehlakçılara verilən suyun keyfiyyətinin yaxşılaşdırılması və su xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə işlənilmiş və ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)», «Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı», «Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı»na və s. müvafiq olaraq mühüm tədbirlər yerinə yetirilmiş, hər bir iqtisadi rayon üzrə konkret iş proqramı müəyyən edilmişdir.

«Azərsu» ASC-nin vəzifələri

- cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyatı üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir.

- cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir.

- Bu məqsədlə cəmiyyət:

«Azərsu» ASC-nin strukturu

I. «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin idarəetmə strukturu

1. Rəhbərlik

- Prezident
- Vitse-Prezident
- Vitse-Prezident
- Vitse-Prezident
- Vitse-Prezident
2. Cəmiyyətin aparatı

II. «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələr:

- Bakı Su Kəməri İstismar İdarəsi
- Bakı Kanalizasiya Xidməti İdarəsi
-Suölçmə cihazlarının İstismarı Təsərrüfatı və Su Satışı Müəssisəsi
- Kür Su Kəmərləri İstehsalat İstismar İdarəsi
- Ceyranbatan Su Kəmərləri İstehsalat İstismar İdarəsi
- Xaçmaz Su Kəmərləri İdarəsi
- H.Z.Tağıyev adına Su Kəmərləri İdarəsi
- Sanqaçal Su Kəmərləri İdarəsi
- «Birləşmiş Sukanal» Məhdud Məsuliyyətli cəmiyyət
- «Gəncə Sukanal» Törəmə Səhmdar cəmiyyəti
- «Sumqayıt Sukanal» Törəmə Səhmdar cəmiyyəti
- «Şəki Sukanal» Törəmə Səhmdar cəmiyyəti
- «Göyçay Sukanal» Törəmə Səhmdar cəmiyyəti
- «Ağdaş Sukanal» Törəmə Səhmdar cəmiyyəti
- Avtonəqliyyat və Mexanizasiya Müəssisəsi
- «Sukanal» Elmi-Tədqiqat və Layihə İnstitutu
- İstehsalat və Texniki Komplektləşdirmə İdarəsi
- «Sutikinti» Müəssisəsi
- «Büllur» Poliqrafiya Müəssisəsi
- «Babək» İdman Sağlamlıq Mərkəzi

«Azərsu» ASC-nin ünvanı

Ünvan : Azərbaycan Respublikası, Bakı şəhəri , AZ1012, Moskva prospekti, 67
Telefon : 431-47-67, 431-47-68
Faks : 430-28-87
E-mail: office@azersu.az
İnternet səhifəsi: www.azersu.az
yuxarı