Banerlər
Xəbərlər

 

FİLMLƏRİMİZ BOLQARISTANIN BEYNƏLXALQ FİLM FESTİVALINA DƏVƏT ALIB

“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Yuxarıda və aşağıda”, “Kədərim” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival yanvarın 12-dən 29-dək Sofiya şəhərində keçiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.

Qeyd edək ki, Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmi də festivala dəvət alıb. Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir.

“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

BAKI. 22.12.2016. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9340
Rusiya rublu
0.0260
Hava proqnozu
+13°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010